“Qarabağ” Avropa liqalarında məğlub olmayan 17 komandadan biridir

Bu mövsüm Avropada yerli liqalarda keçirdikləri matçlarda məğlub olmayan komandalar bəlli olub. “Report” araşdırmasına görə, 17 klubun olduğu siyahıda “Qarabağ” da yer alıb. “Köhlən atlar” son olaraq Premyer Liqanın XIV turunda “Sabah”la səfər oyununda xal itirib - 0:0. Top-5 liqalarda yalnız İtaliyanın “Napoli” və Fransanın PSJ klubları məğlubiyyət üzü görməyib. Hər iki kollektiv 13 qələbə və iki heç-heçə əldə edib.

1 0
41